Ədəbiyyat

Bu kəndin işığın niyə kəsirlər?!

Həmkəndlim, yol-yoldaşım mərhum Məşhədi Allahverdi Xəlilovun (Məzlum) “Bu küçənin işığına nə olub?” şeirindən ilhamlanaraq

Bu kəndin işığın niyə kəsirlər?!

Sualın cavabın bilən söyləsin –
Bu kəndin işığın niyə kəsirlər?!
İnternet əsrində bu camaatı
Bəlkə işıq ilə vurub-əzirlər?!

Vəzifə başında quru bəyləri,
Sanki unudublar o təzəyləri.
Mağaza ağzında duran səyləri
Geyinib-kecinib modla gəzirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

Gözlərdən təkəbbür atəşi saçır,
“Bilənlər” özündən Amerika açır.
Qovluqlu gələndə xəlvətçə qaçır,
Paqon görən kimi tir-tir əsirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

Deyirlər: tezliklə kabel çəkilər,
Yalandan vəd edir kürsüdəkilər.
Həm indi olanlar, həm öncəkilər,
Onlara şərikdir vəkil-vəzirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

Vədlər yalan çıxır, yox çəkilişlər,
Eyni ssenarilər, eyni vərdişlər.
Tək dua etməklə düzəlmir işlər,
Qəbul da olmayır sözdə nəzirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

Bu işin dalında kimlər durublar?
Bəlkə kəndimizə tələ qurublar?
Bilmirəm nə qədər düyün vurublar,
Tilsimə düşübdü, açılmır sirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

Budağın yazdığın az adam anlar,
Çətin ki oyana yatmış vicdanlar.
Öz xoş günlərinə can atmayanlar
Günah əməllərə tez tələsirlər,
Bu kəndin işığın niyə kəsirlər?!

21 iyun 2019-cu il 22:12

Məzlum ləqəbi ilə yazan Allahverdi Xəlilovun şeirini də sizə təqdim edirəm:

1222 dəfə cəmi, 7 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir