Ədəbiyyat

Fars dilinin onlayn tədrisi – İsmayıl Əhmədin təqdimatında

Salam, dostlar. Dil bilmək gözəldir. Hər yeni dil öyrənməklə, bu dilin mənsub olduğu xalqın mədəniyyəti, tarixi ilə tanış olmaq imkanı əldə edirsiniz. Azərbaycan dilinə, mədəniyyətinə təsir etmiş dillərdən biri də Fars dilidir. Özümüz də fərqinə varmadan hər gün bu dildən bizim dilə keçmiş sözləri işlətməkdəyik. Dahi Nizamimiz, Şəhriyarımız  və bir çox şair və yazıçılaramız da məhz bu dildə bir çox möhtəşəm əsərlər yaratmışlar. Odur ki, bu dil bizə digərlərindən daha yaxındır. Cənubi Azərbaycan soydaşlarımız da bu dildən ikinci dilləri kimi istifadə edirlər.

Beləliklə, sizə Fars dilini öyrənmək üçün gözəl fürsət veririk. Azərbaycanın savadlı ilahiyyatçısı, Karvan jurnalının baş redaktoru, azad düşüncə karvanının sarbanı İsmayıl Əhmədin onlayn dərslərindən yararlanmaq fürsətini qaçırmayın.  Dərslərdə iştirak etməklə, siz qısa müddət ərzində sərbəst dialoq qura biləcək, sadə və orta səviyyəli mətnləri oxuyub başa düşəcəksiniz. Onlayn tədris həftədə 3 dəfə keçirilir. Dərslər ödənilişlidir. Yerlər məhduddur. Qeydiyat üçün İsmayıl Əhmədlə əlaqə saxlaya bilərsiniz. İsmarıc yazmaq üçün bura vurun: İsmarıc ünvanı

3388 dəfə cəmi, 11 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir