Faberlic yuyucu tozları
Faberlik

Faberlic yuyucu tozları

Faberlic yuyucu tozlarının təqdimata ehtiyacı yoxdur. “Tanıyırıq, sevirik, istifadə edirik” kateqoriyasından olan məhsullar az ürəkləri fəth etməyib. Amma yenə də məlumat vermək istəyirik. Faberlic komandası yuma sahəsində professional vasitələr istehsalçısı olan alman kompaniyası Rohm & Werner ilə müştərək hazırladığı məhşur yuyucu tozunun tərkibini yenilədi. Faberlic ən yüksək səviyyəli keyfiyyəti münasib qiymətlə birləşdirdi.

Nə alındı? Yuyucu tozu bioparçalanan komponentlərin və təbii enzimlərin köməyi ilə çətin ləkələri aradan qaldırır, codluq və solğunlaşmanın qarşısını alır, parçanın rəng və strukturunu qoruyur.

Qatılaşdırılmış məhsul aşağı temperaturda da təsir göstərir, təmiz yaxalanır və qənaətlə məsrəf olunur. Ekoloji formulu körpələr üçün təhlükəsizdir. Uşaq əşyalarını da yumağa imkan verir. Ev heyvanları üçün təhlükəsizdir. Ətraf mühiti korlamır.

Qranulə olunmuş teksturası toz yaymır – allergik həssas insanlar üçün təhlükəsizdir.

Ağ və rəngli paltarlar üçün qatılaşdırılmış yuyucu tozu. Artikul 30020

Özəl üstünlükləri:

  • Oksigenli ağardıcılı ekoloji təmiz formul – parçaları zədələmədən bozluq və sarılığın aradan qaldırılması üçün.
  • Hətta tünd rəngli paltarlardan belə ideal durulanır. Əlavə durulanma tələb etmir.
  • Xlorsuz və fosfatlarsız.

Rəngli paltarlar üçün yuyucu tozu. Artikul 30021

Özəl üstünlükləri:

  • Bozluq və kirləri effektiv aradan qaldırır
  • Yun və ipəyin yuyulması üçün istifadə etməyin.

Qatılaşdırılmış universal yuyucu toz “Alp çəmənlikləri”. Artikul 30022

Özəl üstünlükləri:

  • Əşyalara bahar təravəti və çiçəkli çəmənlərin ətrini verin.

Qatılaşdırılmış universal yuyucu toz “Dağ təravəti”. Artikul 30023

Özəl üstünlükləri:

  • Əşyalara kristal təmizlik ətri və təmiz dağ havasının sərinliyini verir.

Faberlic yuyucu tozlarının ümumi üstünlükləri:

  • Parçalara zərif təsir göstərir, parlaqlığı saxlayır, rəngləri canlandırır, rəngin dəyişməsinin qarşısını alır.
  • Ləkə əleyhinə formul ləkələrin daha yaxşı çıxarılması üçün təbii enzimlərin multikompleksinin gücünə, yüksək effektivliyi olan yuyucu komponentlərə, oksigenli ağardıcıya və yuyulma gücləndiricisinə malikdir.
  • Hətta aşağı temperaturlarda belə bir çox ləkələri aradan qaldırır.
  • Əşyalara yüngül təravət ətri verir.
  • Sərfiyyatı adi yuyucu tozdan 3,5 dəfə daha qənaətlidir: yumaq üçün bir qaşıq kifayətdir! 800 q “Dom Faberlic” yuyucu tozu = 3 kq adi yuyucu toz.
  • “Tozsuz” qranulşəkilli tekstura – adi vasitələrə allergiyası olan insanların rahatlığı üçün. Dermatoloji təhlükəsizliyi Dermatest GmbH (Almaniya) beynəlxalq elmi-tədqiqat institutunun sertifikatları ilə təsdiqlənib.
  • Uşaq paltarlarını yumaq olar.
  • Paltaryuyan maşını ərpdən qoruyur.
  • Bioparçalanan formul. Bioparçalanan vasitələr su hövzələri, yeraltı sular və ümumilikdə ekosistem üçün təhlükəsizdirlər.

Avtomatik paltaryuyan maşınlarda və əllə yuma zamanı istifadə etməli.
Temperatur: 30 – 90 °С.

DozalaşdırılmasıOrta çirklənmələr / suyun orta codluğuGüclü çirklənmələr / cod su
Maşınla yuma4.5 kq 40 q = 1 qaşıq 60 q = 1,5 qaşıq
Əllə yuma(10 litr suya)20 q = 0,5 qaşıq40 q = 1 qaşıq

Paltaryuyan maşında dozanı dəqiq müəyyən etmək üçün Faberlic ölçü qaşığından istifadəni məsləhət görürük.Paltarları yuyarkən onların yarlığındakı və paltaryuyan maşının pasportundakı təlimatlara əməl edin. Yeni paltarları həmişə ayrı yuyun.Yun və ipəyin yuyulması üçün istifadə etməyin.
Təhlükəsizlik tədbirləri: uşaqların əlləri çatmayan yerdə saxlamalı. Təlimatına uyğun tətbiq edin.
Diqqət! Güclü göz qıcıqlanmalarına səbəb ola bilər. Gözə düşdüyü təqdirdə bol su ilə 15-20 dəqiqə ərzində yumaq lazımdır. Əl dərisinin yüksək həssaslığı və ya zədələri zamanı rezin əlcəkdən istifadə edin. Yaralı hissəyə düşsə, onu su ilə təmiz yuyun. Udulması zamanı zərərli ola bilər. Udduğunuz zaman su ilə ağzınızı yaxalayın. Uzun müddət o havada nəfəs almısınızsa yaxşı havalandırılan yerə keçin. İstənilən özünü pis hiss etmə halında qabını (etiketini) özünüzlə götürüb tibbi yardım üçün müraciət edin. Saxlanma qaydası: sərin, quru, birbaşa günəş şüaları düşməyən yerdə saxlayın. Qida məhsulları və alışan əşyaların yanında saxlamayın.

Oksigenli ləkəçıxarıcı Extra Oxy. Artikul 30027

Artıq paltarları kimyəvi təmizləməyə aparmağa ehtiyac yoxdur! Yeni ləkəçıxarıcı hətta köhnə ləkələrin öhdəsindən də gəlir!
Əgər siz məişətdə çətin gedən ləkələrlə (şirə, yağ, boya, qan, kosmetika və s.) üzləşirsinizsə, Faberlicin ləkəçıxaranı ilə paltarlarınızı assanlıqla təmizləyə bilərsiniz. Vasitə xlorsuzdur, ətirləndiricilər 30°C-də işə düşür ki, bu da xalça və döşəmələr üçün idealdır.

  • Müxtəlif təbiətli ləkələrin ağ və rəngli parçalardan təmizlənməsində effektlidir (tər, ot, qan, meyvə, şirə, çay, qəhvə, şərab, yağlı souslar, qida məhsulları, kosmetika, zelyonka, yod, yağlar, qətranlar, qudron və s.)
  • Tərkibində boyaq maddələri və ətiləndiricilər yoxdur.
  • Tərkibində xlor və fosfatlar yoxdur.
  • İstənilən növ köhnə ləkələrin təmizlənməsində yuyucu tozun təsirini gücləndirir.
  • Hətta aşağı yuma temperaturlarında belə kirləri aradan qaldırır.
  • Ağ və rəngli parçalarda istifadə etmək olar.
  • Parçalar üçün təhlükəsizdir.
  • Xalça, mebel üzlükləri, həmçinin mətbəxdəki səthlər, çay və qəhvə qablarının ləkədən təmizlənməsi, tanin (çay) və kofein izlərinin aradan qaldırılması üçün istifadə edilə bilər.

Yun və ipək üçün istifadə etməyin. Tərkibində xlor olan ağardıcılar ilə birlikdə istifadə etməyin və qarışdırmayın. Alüminium və mis əşyalarda istifadə etməyin.

İstifadə qaydası:

Yuma: aşağıda göstərilən miqdarda ağardıcını maşına tökən zaman yuyucu toza və ya paltar yumaq üçün gelə əlavə edin:

  • Qatılaşdırılmış yuyucu tozla birlikdə istifadə etdikdə 20 1 (1/2 ölçü qaşığı)
  • Rəngli əşyalar üçün qatılaşdırılmış yuyucu tozla və digər istehsalçıların yuma vasitələri ilə birgə istifadə etdikdə 40 q (1 ölçü qaşığı),
  • Çətin çıxan və qurumuş ləkələr üçün dozanı 20 q artırın (1/2 ölçü qaşığı).

Xalçaların təmizlənməsi: 10 q (1/4 ölçü qaşığı) ləkəçıxarıcını 200 ml suya əlavə edin, məhlulu çirklənmiş səthə çəkin, 15-30 dəqiqə gözləyin.

Ləkələrin çıxarılması və islağa qoyma: 40 q (1 ölçü qaşığı) ləkəçıxarıcını 2 l suya əlavə edin. Daha yaxşı nəticə əldə etmək üçün suyun temperaturu 60 °С-dən az olamalıdır. İstifadədən əvvəl məmulatı həmişə rəngini itirib-itirməməyi bilmək üçün yoxlayın: qarışığı paltarın nəzərə çarpmayan hissəsinə çəkin, gözləyin qurusun.

Mətbəx səthlərinin təmizlənməsi (çanaqlar, plitələr, keramik plitələr): tozu nəm səthə səpin, bir neçə dəqiqə gözləyin, sonra kiri nəm süngər vasitəsi ilə silib su ilə yuyun.

Təhlükəsizlik tədbirləri və saxlama qaydaları:

Uşaqların əlləri çatmayan yerdə saxlayın. Təyinatına uyğun istifadə edin. İstifadə etdikdən sonra əllərinizi təmiz yuyun. İstifadə edən zaman yeməyin, içməyin və siqaret çəkməyin.

Ehtiyatli olun! Ciddi göz zədələnmələrinə səbəb olur. Dərhal həkimə müraciət edin. Gözə düşdükdə 15-20 dəqiqə müddətində bol su ilə yuyun. Kontakt linzaları çıxarın (əgər varsa).

Diqqət! Əl dərisinin yüksək həssaslığı və ya zədələri zamanı rezin əlcəkdən istifadə edin. Yaralı hissəyə düşsə, onu su ilə təmiz yuyun. Udulması zamanı zərərli ola bilər. Udduğunuz zaman su ilə ağzınızı yaxalayın. Uzun müddət o havada nəfəs almısınızsa yaxşı havalandırılan yerə keçin. İstənilən özünü pis hiss etmə halında qabını (etiketini) özünüzlə götürüb tibbi yardım üçün müraciət edin.

Ağzı bərk bağlı qabda, sərin, quru, günəş şüaları düşməyən yerdə + 5 – + 30 °С-də saxlayın. Qida maddələri və alışan əşyaların yanında saxlamayın.

19950 dəfə cəmi, 199 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir