Foto və videolarım

13 may 2010. Kür çayının sol sahilində bəndin möhkəmləndirilməsi (Sabirabad rayonu Surra kəndi)

Yenə qayıdırıq 2010-cu ilə. Sabirabad rayonunun Surra kəndində zəhmətkeş kənd (Surra, Qaralı, Axısxa) sakinləri bəndləri möhkəmləndirirlər. Bəndin hündürlüyünü və enini artırmaqla yanaşı Kür çayına doğru sədlər də qururlar ki, bunu da el arasında faşın adlandırırlar.
Tutqun bir gündür. Artıq yağışın ətri duyulur. O yağışın ki, yağaraq Kürü əmələ gətirib. Və sakinlər də bu Kürə sinə gəriblər. Qol çırmayıblar.
Bu kadrlar kəndimizin tarixidir. Zaman keçdikcə qiyməti artan kadrlar. Zaman keçdikcə tarixə qovuşan şəxslər.

Unutmayın! Kəndimizi qoruyan bəndlər idisə, bəndləri də qoruyan kəndlilər idi. Allah da bu kəndliləri qorusun. Dünyalarını dəyişənlərə də rəhmət eyləsin.

4149 dəfə cəmi, 20 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir