Ramazan hilalının görünməsi — 16 may 2018/1439
Foto və videolarım

Ramazan hilalının görünməsi – 16 may 2018/1439

Salam, dostlar. Şükürlər olsun Uca Allaha ki, 2018-ci ilin Ramazan ayını da qarşıladıq. Yəni, hicri tarixi ilə 1439-cu ilin Ramazan ayını.
Hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verir. Təəssüflər olsun ki, bəzilərimiz bu fətvanı qoyub başqa ölkələrdən cavab, əmr gözləyirik. Çəkdiyimiz bu video da bir daha sübut edir ki, Sözügedən idarənin tərtib etdiyi cədvəllər bizim ölkəmiz üçün dəqiq hesablanmış cədvəllərdir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər bir rayon üçün ayrıca olaraq, ramazan təqvimini və gündəlik iftar dualarını öz rəsmi saytında yerləşdirmişdir. Baxmaq və yükləmək üçün burdan keçid edə bilərsiniz: Ramazan təqvimi 2018 – yüklə.

QMİ-nin Qazilər Şurasının verdiyi fətva barədə isə burdan tanış ola bilərsiniz: QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ QAZILAR ŞURASININ 2018-ci il RAMAZAN AYI İLƏ BAĞLI FƏTVASI

Allah bütün oruc və ibadətlərinizi, ehsanlarınızı qəbul eyləsin.

2936 dəfə cəmi, 20 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir