Kompüter xidmətləri
Kompüter xidmətləri

Kompüterlərə proqramların yazılması

Müasir dövrdə ziyalı evini kompütersiz təsəvvür etmək çətindir. Kiçikdən böyüyə hamı kompüterdən istifadəyə can atır. Xüsusilə də kompüter internet bağlantısı ilə təmin olunduqda.

Kompüter istifadə olunursa, deməli ona mütəmadi qulluq da lazımdır. Kompüterlərdə yarana biləcək problemlər əsas iki yerə bölünür: proqram təminatında yaranan problemlər və texniki problemlər. Birinci problem adətən virus və zərərli proqramların, eləcə də istifadə qaydalarına düzgün əməl olunmamasının nəticəsində baş verə bilir. İkinci problem isə istifadə qaydalarına düzgün riayət edilməməsi səbəbindən yaranır.
Kompüterimizdə hər hansı bir problem yarandıqda, ilk olaraq, özümüz həll etməyə çalışırıq. Öhdəsindən gələ bilmədikdə isə ustaya, proqramçıya üz tuturuq. Sizə göstərə biləcəyimiz xidmətlərdən biri də elə kompüterə qulluqdur.

Kompüter xidmətlərimiz bir çox sahəni əhatə edir. Onları aşağıda qeyd edirik:

►Kompüterlərin “formatlanması” Yəni, kompüterə əməliyyat sisteminin yazılması. Yükləyə biləcəyimiz əməliyyat sistemləri: Windows XP, Windows 7, Windows 8, Windows  10.
►Antivirusların yazılması, kompüterin və digər yaddaş qurğularının virusdan təmizlənməsi.
►Kompüterə ofis proqramlarının yazılması: Microsoft Word, Microsoft Exel, Power Point və s.
►Google Chrome, Opera, Mozilla Firefox, Skype, Player və sair proqramların yazılması.
►Elektron imzadan (smartkart) istifadə üçün lazımi drayverlərin və proqram təminatının yazılması.
►Elektron poçtun yaradılması: Gmail, Mail.ru, Hotmail.com və s.
►Veb saytların hazırlanması.

►Ehtiyyat hissələrinin dəyişdirilməsi.
►Yeni kompüterin alınmasında köməklik.

Həmçinin ilkin və ixtisaslı kompüter biliklərinə yiyələnmək üçün xidmətimizdən yararlana bilərsiniz:
►Kompüter haqında ilkin anlayış, kompüterdən istifadə;
►Ofis proqramlarının öyrədilməsi;
►Dizayn proqramının öyrədilməsi;
►İnternet resurslardan istifadə bacarığının artırılması.

2218 dəfə cəmi, 6 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir