Özüm haqda

Mən Vergilər Nazirliyinin “Ən yaxşı sinopsis” müsabiqəsində

Azərbaycan Respublikası Vergilər Nazirliyi mütəmadi olaraq əhali arasında yazı, rəsm və foto müsabiqələri keçirməkdədir. Məqsəd – insanlarda vergiyə maraq oyatmaq, verginin dövlət və insanlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu çatdırmaqdır.

Bu müsabiqələrin bir neçəsində mən də iştirak etmişəm. Onlardan mənim üçün ən yadda qalanı “Ən yaxşı sinopsis” müsabiqəsi olub. Müsabiqədə iştirak etmək üçün qeyd olunan şərtlərə əməl edərək, yazı hazırlayıb Vergilər Nazirliyinin rəsmi feysbuk səhifəsinə yollamaq lazım idi. Daha sonra şərtlərə uyğun olan yazıların içərisindən münsiflər heyəti ən yaxşılarını seçməli idi. Münsiflər heyətinə dünya şöhrətli görkəmli yazıçımız Çingiz Abdullayev, Natiq Rəsulzadə, Rəşad Məcid, Nigar Köçərli, Elçin Səfərli, Azər Qərib, Rəhman Hacıyev daxil idi. Mükafatlandırma mərasimi 2013-cü il Sentyabrın 6-da “Əli və Nino” kitab evində baş tutdu.

İlk onluğa düşdüyüm üçün mən də mükafatlandırma mərasiminə dəvət olunmuşdum. Müsabiqədə 38 sinopsis iştirak etsə də, onlardan yalnız 10-u ilk onluğa düşə bilmişdi. Birinci yerin qalibi Anar Əzimov adlı iştirakçı oldu və o, “Apple” mağazalar şəbəkəsindən 800 manatlıq hədiyyə kuponu qazandı. Digər iştirakçılara, eləcə də mənə həvəsləndirici kitab və broşurlar təqdim olundu. Xatirə şəkli çəkildi. “Əli və Nino” kitab evi  qonaqları çay və torta qonaq etdi.

Mənim müsabiqəyə təqdim etdiyim yazı “Dövlət əmi” adlı hekayədir. Onu burdan oxuya bilərsiniz.

4445 dəfə cəmi, 17 dəfə bu gün baxılıb

One thought on “Mən Vergilər Nazirliyinin “Ən yaxşı sinopsis” müsabiqəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir