Böyük balqabaq — 2014
Təsərrüfat

Böyük balqabaq – 2014

Salam, əziz izləyicilər. Təsərrüfata – əkinçiliyə olan həvəsimdən bir nümunəni təqdim edirəm sizə. 2014-cü ildə yetişdirdiyim balqabaq növü. Şəkillərdən də görürsünüz ki, bu balqabaqlar adət etdiyimiz növlərdən forma və ölçüsünə görə fərqlənir. Bu balqabaq toxumunu sifarişlə xarici saytların birindən almışdım. Bir neçə il qabaq da laraq, becərməyə cəhd etdim, amma məhsul əldə edə bilmədim. Nəhayət bu il (2014-cü il) məhsul da götürə bildim. Forması və ölçüsü maraqlı olsa da, qida kimi yeyilməyə yaramadı. Bəzi adamlar dedilər ki, ola bilsin bu balqabaq heyvandarlıqda yemlik məqsədi ilə becərilir. Hər halda, mən öz istəyimə çatmışdım. Rekord ölçüdə olmasa da, mən də iri ölçüdə balqabaq yetişdirə bilmişdim. Şükürlər olsun təbiəti bizim üçün rəngarəng yaradan Uca Allaha.

Ölçüsünə görə qarpızdan dəfələrlə iri olduğu aydın sezilir.

Bir ədədi arabanı doldurur:

13891 dəfə cəmi, 20 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir