Təsərrüfat

Mənim ötən ilki çiyələklərim – dibçəkdə (VİDEO)

Ostara çiyələyi

Salam, dostlar. Həvəs göstərdiyim sahələrdən biri də əkinçilik və bağçılıqdır. Artıq neçə ildir ki, bu sahədə biliklərimi və təcrübələrimi artırmaqla məşğulam. Kənardan baxan ola bilər ki, məni bu sahədə təcrübəli, peşəkar hesab eləsin, amma mən hələ də özümü şagird hiss edirəm. Əkinçilikdə və bağçılıqda uğurlarımla yanaşı uğursuzluqlarım da olur.

İndi sizə çiyələklərimi təqdim edirəm. Çiyələk haqda çox danışmaq olar. Bu bitki kiçik olmasına baxmayaraq (heç gövdəsi də yoxdur), çox mürəkkəb bitkidir. Daha doğrusu, çoxlu bilgi tələb edir. Onun becərilmə üsulu da müxtəlifdir. Bu bitkinin becərilməsinə dəqiqliklə zəhmət tələb olunsa da, məhsulu əldə etdikdə, onun giləmeyvələrindən daddıqda, bütün əziyyətlər yaddan çıxır. Necə ki, mən dibçəkdə əkdiyim (köçürdüyüm) və nazı ilə oynadığım çiyələklərimin hətta videosuna baxanda belə böyük zövq alıram. Maraqlıdırsa, buyurun, siz də baxın:

Əgər çiyələklər xoşunuza gəldisə, ümumiyyətlə bu və ya digər çiyələk növündən yetişdirmək istəyirsinizsə, suallarınızı soruşa, məsləhət üçün müraciət edə bilərsiniz.

Mart ayında bu çiyələk şitillərindən satışda olur. Videoda gördüyünüz kiçik plastmast stəkanda şitilləri əldə edə bilərsiniz. Bir ədəd şitilin qiyməti – 2 manat. 10 ədəd aldıqda, 1 ədəd hədiyyə.

4930 dəfə cəmi, 9 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir