Təsərrüfat

Çiyənas (çiyələk + ananas) – Paynberri çiyələyi (pineberry)

Çiyənas (çiyələk + ananas)Çiyənas – çiyələk və ananas sözlərinin birləşməsindən yaranan yeni bir sözdür. Adından da göründüyü kimi, bu giləmeyvə özündə həm çiyələyin, həm də ananasın xüsusiyyətlərindən cəm edib. Daha dəqiq təsvir etsək, bu, ananas rəngdə olan və onun dadını xatırladan çiyələkdir.

Əcnəbi dildə isə bu çiyələk – pineberry adlanır. Paynberri kimi tələffüz olunur. Pineapple (ananas) və berry (giləmeyvə) sözlərinin birləşməsindən yaranıb.

Bu çiyələk növünü Niderland seleksiyaçısı – Hans De Yonq çarpaz tozlanma yolu ilə əldə etmişdir. Bu zaman o, Çilinin bəzi rayonlarında özü bitən yabanı cənubi amerika çiyələyindən (Fragaria chiloensis) və  şimali amerika çiyələyindən (Fragaria virginiana) istifadə etmişdir. Bu növün əldə edilməsi üçün aparılan seleksiya işləri 6 il çəkmişdir. Paynberri bəzilərinin qeyd etdiyi kimi GMO məhsul yox, çarpaz tozlanmanın məhsuludur. Faktiki olaraq, bu gün ağ çiyələyin bir çox növləri vardır ki, paynberri də onlardan biridir. Hal-hazırda bu növün giləmeyvəsinin böyük olmasını təmin etmək üçün yenə də işlər aparılır.

Çiyənas bitkisiAvropada bu çiyələyin istehsalı böyük miqyasda deyildir. Buna da səbəb – bu giləmeyvənin ölçüsünün kiçik olması və az gəlirgətirən olmasıdır. Halbuki, çiyənasın ilk satışı Böyük Britaniyada həyata keçirilkən tələbatdan asılı olaraq, 125 qramı $ 4,50 – 6,00 qiymətində olmuşdur.

Çiyənasın giləmeyvəsi böyük olmayan ölçüdə – 15-25 mm diametrdədir.

Paynberrinin ölçüsünün müqayisəsiGiləmeyvələr yetişərkən, rəngi yaşıldan ağa çevrilir. Üzərindəki toxumları isə qırmızı rəngə boyanır və gözəl görünüş yaradır. Bu zaman onun yetişdiyini bilmək olar. Havaların isti keçdiyi vaxtlarda günəş şüalarının təsirindən giləmeyvədəki ağ rəngə azca narıncı rəng də əlavə oluna bilər.

Paynberri səbətdəÇiyənas desert giləmeyvə kimi istifadə oluna bilər. Yəni təzə halda yeyilməkdən əlavə ondan yoqurt, cem, dondurma, içki və şirniyyatların hazırlanmasında da istifadə oluna bilər.

Paynberri desertBu çiyələk növünün üstünlüklərindən biri də onun quşlar tərəfindən yeyilməməsidir. Həmçinin bu çiyələyi bir sahədə 5 il yetişdirmək olar. Bu müddətdən sonra isə torpaq qüvvədən düşdüyü üçün yerini dəyişmək lazım gəlir.

Çiyənası necə yetişdirək?

Ağ çiyələyi satışda tapmaq asan deyil. Hətta avropanın özündə belə bu çiyələyi az istehsal edirlər. Səbəb də bu çiyələyin meyvələrinin ölçüsünün kiçik olmasıdır. Əgər siz ananası xatırladan çiyənası dadmaq istəyirsinizsə, onda yaxşı olar ki, bu bitkini özünüz becərəsiniz. Onun becərilməsi qaydası isə adi çiyələkdən elə də fərqlənmir.

Harda əkək? Digər çiyələk növləri kimi çiyənas da işıqlı sahəni xoşlayır. Bizim ölkədə yay isti keçdiyinə görə bitkinin yarpaqlarının qurumaması üçün yetərincə sulamaq lazımdır. Həmçinin yayda torpağın həddən artıq qızmasının və bununla da bitkinin köklərinin və yarpaqlarının istidən zərər görməsinin qarşısını almaq üçün, eləcə də suyun torpaqda uzun müddət saxlanması üçün torpağı mulçalamaq məsləhətdir. Qışda isə bizim ölkədə güclü şaxtaların olmadığına görə bitkinin qışdan qorxusu yoxdur. Amma güclü şaxtaların olması ehtimalı yaranarsa, üzərini spanbond, polietilen plyonka və ya samanla örtə bilərsiniz.

Paynberri əldəŞitili hardan əldə etməli? Bazardan aldığınız giləmeyvənin üzərindən yığdığınız toxumlardan şitil əldə edə bilməyəcəksiniz. Bu çiyələyi ancaq bığcıqlarla çoxaltmaq olur. Bunun üçün də ilkin olaraq siz onun şitilini almalısınız. Əkdiyiniz şitil sizə bığcıqlar vasitəsi ilə yeni şitillər verəcəkdir ki, bunların vasitəsi ilə sahənizi böyüdə bilərsiniz. Amma ilkin mərhələdə yaxşı olar ki, çıxan bığcıqları kəsəsiniz ki, bitki bütün gücünü kök sisteminin inkişafına və meyvələri yetişdirməyə yönəltsinz. Paynberrinin bığcıqlarının sayı digər növlərdəkindən çox olduğu üçün bu növü çoxaltmaqda çətinlik çəkməyəcəksiniz. İlkin şitili əldə etmək üçün bizə (bu sayta) müraciət edə bilərsiniz.

Paynberri şitili dibçəkdəBizim şitillər şəkildə gördüyünüz kimi – kiçik plastmast stəkanlarda torpaqlı halda satılır ki, onu sahəyə əkdikdə kök sistemi zədələnmir və bitki həmin il ananas dadı verən çiyələyi ilə sizi sevindirir. Bir ədəd şitilin qiyməti 2 manatdır. 5 ədəd alana bir ədəd Ostara çiyələyinin şitili pay verilir. Siz həmçinin bizdən Ostara çiyələyinin şitillərini də ayrıca ala bilərsiniz ki, bu çiyələk havalar istiləşəndən ta soyuyanadək (yazdan-payızadək) məhsul verir. Bu sortun şitili də 2 manat təşkil edir. Bu sort barədə daha ətraflı burdan oxuya bilərsiniz: Ostara çiyələyi

Şitili necə əkək? Çiyənas şitilini də digər çiyələklər kimi əkərkən fikir vermək lazımdır ki, gövdənin başlanğıcı (ilkin tumurcuq) torpaq səviyyəsində qalsın. Nə dərində qalıb çürüməsin, nə də hündürdə qalıb qurumasın. Əkdikdən sonra torpağı sulamaq və imkan daxilində mulçalamaq lazımdır.

Paynberri çiyələyinin üstünlükləri və çatışmazlıqları:

Üstünlükləri:

  • Sort çiyələklər arasında yayılmış bir çox xəstəliklərə qarşı dözümlüdür.
  • Özütozlanandır. Yəni, tozlanması üçün yanında başqa növün əkilməsinə ehtiyac yoxdur.
  • Başqa çiyələk növü ilə qonşu ləkdə əkilməsinin qorxusu da yoxdur. Başqa növlə tozlanmada qarışıqlıq olmayacaq.

Çatışmazlıqları:

  • Ağ giləmeyvələr çox kövrək olurlar. Odur ki, onlar daşınarkən əzilirlər.
  • Paynberrinin məhsuldarlığı zəifdir. Odur ki, giləmeyvənin kifayət etməsi üçün bir neçə lək şitil əkilməsi lazım gəlir.
  • Yağışlı günlərdə giləmeyvələr tez çürüyürlər.

Ağ (Paynberri) və qırmızı çiyələk

7563 dəfə cəmi, 5 dəfə bu gün baxılıb

One thought on “Çiyənas (çiyələk + ananas) – Paynberri çiyələyi (pineberry)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir