Usta xidmətləri

MANEJ – plastik borudan və tordan

Salam, əziz izləyicilər. Plastik borudan bu dəfə də uşaqlar üçün manej düzəltmişik:

İstifadə etdiyimiz materiallar:
►Plastik boru Ø25mm
►Plastik əyrilər (boru üçün) Ø25mm
►Plastik tor
►Elektrik naqili (ip əvəzi)
►Lent (bağ)
Lazım olan alətlər:
►Plastik boru yapışdırıcısı (ütü)
►Plastik boru qayçısı
►Adi qayçı
Bu materiallardan istifadə edərək əvvəlcə çərçivə hazırladıq, sonra bu çərçivəni plastik tor ilə tutduq, daha sonra isə əldə etdiyimiz lövhələri lent ilə bir-birlərinə bağladıq. Və beləliklə də düzbucaqlı formasında manej əldə etdik. Yerə isə döşəmə əvəzi yorğan sərdik. Bu yorğan manejin iç sahəsindən kiçik olmasa yaxşıdır. Yaxşı olar ki, döşəmənin üzərinə su keçirməyən parça və ya polietilen plyonka (klyonka) sərəsiniz və uşağı bezsiz saxlayasınız. Uşağın sağlamlığı üçün bezdən az istifadə olunmasının pediatorlar tərəfindən məsləhət görüldüyünü çox güman ki, siz də bilirsiniz.

İstifadə olunan plastik borunun diametri 25 millimetr olması kifayət edir. Əgər maneji daha uzun ölçüdə düzəltmək istəyirsinizsə, bundan qalın borudan da istifadə edə bilərsiniz ki, boru əyilməsin. Bu isə uşaq bir qədər böyüdükdən sonra manejin divarlarından tutub qalxdığı zaman baş verə bilər. Uzun tərəfin ortasından əlavə dayaqlar da vura bilərsiniz ki, bunun hesabına da manejinizi daha uzun hazırlaya bilərsiniz.

Plastik tor seçərkən çalışın gözlərinin diametri çox kiçik olmasın. Çünki, torun plastik ipləri nə qədər çox olsa, şəffaflıq azalır. Uşaq tordan yapışıb qalxmaq istədikdə, onun barmaqlarının torun arasında ilişib qalmayacaq dərəcədə böyük gözlü tor seçmək lazımdır. Gözlər minimum 20mm olsa yaxşı olar. Torun rəng seçimi isə özünüzdən asılıdır.

Əgər özünüz hazırlamaqda çətinlik çəksəniz, bizə müraciət edə bilərsiniz. Əlaqə vasitələrimiz saytın əlaqə bölməsində var.

1390 dəfə cəmi, 35 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir