Usta xidmətləri

Pitiminutka adlanan qaz kalonkasından kombi sisteminin yığılması

Salam, dostlar. Qışın gəlişi ilə əlaqədar hamı çalışır ki, evini isti və rahat etsin. Amma isti insanlara çox baha başa gəlir. Xüsusilə də kasıb təbəqə soyuqdan çox əziyyət çəkir. Hamının ürəyindən keçir ki, evində isitmə sistemi olsun və əli-ayağı quru, nəfəsi təmiz halda qışı yaşasın. Amma müasir və komfort istilik sistemləri çox bahadır.
Neçə ildir ki, çoxları kimi mən də evimizə isitmə sistemi – “otoplenie” çəkmək istəyirdim. Bunun üçün asan və ucuz yollar axtarırdım. Nəhayət ki, bu il istəyimə nail oldum. 5 dəqiqəlik (pyatiminutka) adlanan qaz kolonkasından kombi sistemi hazırladım. Bu ideyanı əvvəllər tanışlara desəm də alınmayacağı ilə ruhdan salırdılar. Nəhayət, internet üzərindən axtarış edərək, başqa adamlar tərəfindən də belə isitmə sisteminin qurulduğunu öyrəndim. Uca Allaha təvəkkül edərək işə başladım. Sonunun nə olacağını, alınıb-alınmayacağını bilmədən bir yandan montaja başladım. Nəhayət işə saldım və uğurlu nəticəni əldə etdim.
Qiymətlər daim dəyişdiyi üçün konkret məbləğ qeyd etməyəcəyəm. Amma anlayış üçün onu deyim ki, tək bir kombinin qiymətinə belə bir isitmə sistemini bütöv çəkmək olur.
Hələlik bir otaq üçün hazırladım. İnşəAllah növbəti il üçün digər otaqlara da çəkərəm.
Əgər siz də belə bir isitmə sistemini ucuz qiymətə hazırlamaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Eləcə də digər santexnik xidmətlər zamanı hər hansı bir çətinliyiniz olsa, müraciət edə bilərsiniz. (Əlaqə vasitələrimiz)
Suallarınız olsa, aşağıda rəy yerində qeyd edə bilərsiniz.

Birinci videomuzu yayımladıqdan sonra izləyənlər tərəfindən bir çox sual, irad və təkliflər bildirildi. Bütün bunları nəzərə alaraq, ikinci – suallara cavab videosunu hazırladıq. Bir çox suallara bu videoda aydınlıq gətirməyə çalışırıq. Ümid edirik ki, sizi və izləyənləri qane edəcək. Əgər yenə hər hansı bir sualınız olsa, lütfən rəy yerində qeyd edin.

Qısa anlayışınızın olması üçün bu cür istilik sisteminin sadə çertyojunu sizə təqdim edirik:

5329 dəfə cəmi, 41 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir