Usta xidmətləri

Yelləncək – plastik boru, ip və parçadan

Salam, əziz oxucular. Bu dəfə sizə plastik borudan, kəndirdən və parçadan sadə uşaq yelləncəyinin hazırlanmasını göstəririk. Lazım olan materiallar çox ucuz və hazırlanma qaydası çox sadə olduğundan, onu hər kəs asanlıqla düzəldə bilər. Əvvəl bazardan hazır yelləncək almaq qərarına gəlsəmişdim. Amma sonradan fikirləşdim ki, əgər düzəldə bilərəmsə, niyə gedib bazardan baha qiymətə alım? Hərçənd ki, özüm düzəltdiyimə də pul xərcləyəci olacağam. Hər halda özüm düzəltdiyim ucuz başa gələcək və təmirə ehtiyac yaranarsa, onu da özüm edə bilərəm.
Beləliklə, internetdə gördüyüm yelləncəkləri bir daha təhlil etdim və daha sadəsini və asan düzələ bilənini seçdim. İnternetdə təqdim olunan yelləncəklərin ölçüləri bir-biri ilə üst-üstə düşmürdü. Ona görə də ölçüləri özüm təyin etdim. Forma və quruluşunu isə internetdə gördüyüm kimi etdim.

907 dəfə cəmi, 10 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir