«Dövlət əmi» — müsabiqə üçün yazdığım kiçik hekayə
Ədəbiyyat

“Dövlət əmi” – müsabiqə üçün yazdığım kiçik hekayə

Salam, dostlar. Bu yazımda sizə kiçik bir hekayə təqdim edirəm. Bu hekayə Vergilər Nazirliyinin təşkil etdiyi “Ən yaxşı sinopsis” müsabiqəsi üçün yazılmış, bu müsabiqəyə təqdim olunmuş və ilk onluğa layiq görülmüşdür. Müsabiqə haqda burdan məlumat əldə edə bilərsiniz. İndi isə keçək hekayəmə: Dövlət əmi Rasim kişi çayını içib ayağa qalxdı. Kiçik nəvəsi Muradı səslədi. Murad […]

Mən Vergilər Nazirliyinin “Ən yaxşı sinopsis” müsabiqəsində
Özüm haqda

Mən Vergilər Nazirliyinin “Ən yaxşı sinopsis” müsabiqəsində

Azərbaycan Respublikası Vergilər Nazirliyi mütəmadi olaraq əhali arasında yazı, rəsm və foto müsabiqələri keçirməkdədir. Məqsəd – insanlarda vergiyə maraq oyatmaq, verginin dövlət və insanlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu çatdırmaqdır. Bu müsabiqələrin bir neçəsində mən də iştirak etmişəm. Onlardan mənim üçün ən yadda qalanı “Ən yaxşı sinopsis” müsabiqəsi olub. Müsabiqədə iştirak etmək üçün qeyd olunan […]

Plastik borudan – PARNİK
Təsərrüfat Usta xidmətləri

Plastik borudan – PARNİK

Salam, dostlar. Artıq yaz yaxınlaşır. Belə bir deyim var: təsərrüfat adamları üçün yaz qışın ortasından başlayır. Odur ki, kənddə yaşayan zəhmətkeş insanlar artıq əkin üçün tədarük görməkdədirlər. Biz də bu yazımızda sizə sadə üsulla parnik hazırlamağın yolunu göstəririk. Bir qədər xərc tələb etsə də, sonradan işinizi asanlaşdırmaqla sizə çox kömək olacaqdır. İstifadə etdiyimiz materiallar: ►Plastik […]

Təsərrüfat

Mənim ötən ilki çiyələklərim – dibçəkdə (VİDEO)

Ostara çiyələyi Salam, dostlar. Həvəs göstərdiyim sahələrdən biri də əkinçilik və bağçılıqdır. Artıq neçə ildir ki, bu sahədə biliklərimi və təcrübələrimi artırmaqla məşğulam. Kənardan baxan ola bilər ki, məni bu sahədə təcrübəli, peşəkar hesab eləsin, amma mən hələ də özümü şagird hiss edirəm. Əkinçilikdə və bağçılıqda uğurlarımla yanaşı uğursuzluqlarım da olur. İndi sizə çiyələklərimi təqdim […]

Kompüterlərə proqramların yazılması
Kompüter xidmətləri

Kompüterlərə proqramların yazılması

Müasir dövrdə ziyalı evini kompütersiz təsəvvür etmək çətindir. Kiçikdən böyüyə hamı kompüterdən istifadəyə can atır. Xüsusilə də kompüter internet bağlantısı ilə təmin olunduqda. Kompüter istifadə olunursa, deməli ona mütəmadi qulluq da lazımdır. Kompüterlərdə yarana biləcək problemlər əsas iki yerə bölünür: proqram təminatında yaranan problemlər və texniki problemlər. Birinci problem adətən virus və zərərli proqramların, eləcə […]

13 may 2010. Kür çayının sol sahilində bəndin möhkəmləndirilməsi (Sabirabad rayonu Surra kəndi)
Foto və videolarım

13 may 2010. Kür çayının sol sahilində bəndin möhkəmləndirilməsi (Sabirabad rayonu Surra kəndi)

Yenə qayıdırıq 2010-cu ilə. Sabirabad rayonunun Surra kəndində zəhmətkeş kənd (Surra, Qaralı, Axısxa) sakinləri bəndləri möhkəmləndirirlər. Bəndin hündürlüyünü və enini artırmaqla yanaşı Kür çayına doğru sədlər də qururlar ki, bunu da el arasında faşın adlandırırlar. Tutqun bir gündür. Artıq yağışın ətri duyulur. O yağışın ki, yağaraq Kürü əmələ gətirib. Və sakinlər də bu Kürə sinə […]

Pitiminutka adlanan qaz kalonkasından kombi sisteminin yığılması
Usta xidmətləri

Pitiminutka adlanan qaz kalonkasından kombi sisteminin yığılması

Salam, dostlar. Qışın gəlişi ilə əlaqədar hamı çalışır ki, evini isti və rahat etsin. Amma isti insanlara çox baha başa gəlir. Xüsusilə də kasıb təbəqə soyuqdan çox əziyyət çəkir. Hamının ürəyindən keçir ki, evində isitmə sistemi olsun və əli-ayağı quru, nəfəsi təmiz halda qışı yaşasın. Amma müasir və komfort istilik sistemləri çox bahadır.Neçə ildir ki, […]

Özüm haqda

Mənimlə əlaqə

Salam, dostlar. Mənimlə əlaqə saxlamaq üçün bu saytdan, sosial şəbəkələrdən, mobil telefon nömrəmdən və elektron poçtdan istifadə edə bilərsiniz. Amma ən yaxşı vasitə, insanın özü ilə birbaşa ünsiyyətdir. Özümü tapa bilməsəniz, aşağıdakı vasitələrlə cəhd edə bilərsiniz. Əvvəlcədən qeyd edirəm ki, telefonla ünsiyyətə üstünlük vermirəm. Odur ki, telefon nömrəmə bəzi vaxtlar zəng çatmaya və ya zənginiz […]

Özüm haqda

Mənim haqqımda

Mən, Məhəmməd Araz oğlu Budaqov Sabirabad rayonunun Surra kəndində ziyalı ailəsində doğulmuşam və həmin kənddə də yaşayıram. Müsəlmanam və seyyid nəslindənik. Atam seyyid Araz Budaqov ömrünün son gününədək həkimlik fəaliyyəti göstərmiş və hippokrat andına sadiq qalmışdır. Mənimlə əlaqə saxlamaq üçün lütfən saytın ƏLAQƏ bölməsinə keçid edin.