Faberlicə qoşulmaq istəyənləri və artıq qoşulanları belə bir sual maraqlandırır: Faberlicdə nə qədər maaş qazana bilərik? Aşağıdakı cədvəldə sizə qazana biləcəyiniz maaşın miqdarını təqdim edirik. Faberlicdən anlayışı olmayanlar üçün bu cədvəldəki terminlər qaranlıq qalacaq. Ona görə də ətraflı izah üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Xanımları qadın məsləhətçiyə yönəldəcəyik ki, Faberlic qaydalarını rahat şəkildə öyrənə bilsinlər. Bizimlə əlaqə
| Rütbə | Minimum Şəxsi həcm (balla) | Şəxsi qrupun həcmi (balla) | Həcm endirimi ölçüsü | Komandanın maaşı |
| Üstünlüyü olan alıcı | — | 100-dən az | – | – |
| Məsləhətçi | 50 | 100 | 3% | 3,96 ₼ |
| Baş Məsləhətçi | 50 | 200 | 6% | 15,84 ₼ |
| Lider | 50 | 600 | 9% | 71,28 ₼ |
| Baş Lider | 50 | 1000 | 12% | 158,40 ₼ |
| Vitse-direktor | 50 | 1500 | 15% | 297,00 ₼ |
| Baş Vitse-direktor | 50 | 2000 | 19% | 501,60 ₼ |
| Direktorluğa namizəd | 50 | 3000 | 23% | 910,80 ₼ |
Qeyd etmək istəyirəm ki, bu maaş cədvəli qazana biləcəklərinizin hamısını özündə əks etdirmir. Hələ bunlardan daha artıq maaş və mükafatlar da vardır ki, karyeranızın sonrakı mərhələlərində onları da əldə edə bilərsiniz. Yetər ki, Faberlicə qoşulasınız. Pillə-pillə cədvəldə qeyd edilən rütbələri qazana və uyğun olan maaşı əldə edə bilərsiniz. Bu nailiyyətləri əldə etmək təkbaşına mümkün deyil. Siz komanda şəklində buna nail ola bilərsiniz. İlk öncə bizim komandaya qoşulmaqla öz şəxsi komandanızı da inkişaf etdirə bilərsiniz. Komandanız hər nə qədər inkişaf edərsə, siz də bir o qədər yüksək pillələrə çatarsınız.
Odur ki, elə indicə qeydiyyatdan keçin ki, hər gününüz sizi bir addım zirvəyə daha yaxınlaşdırsın. Qeydiyyatdan keçmək üçün Faberlicin rəsmi saytına keçid edə bilərsiniz. FABERLİC QEYDİYYAT.



Salam,maas almaqcun ne qeder balin olmasi lazimdi?adamlar yazdirdigca adima ondadami bal gelir?zehmet oazsa yaza bilersizmi?
Salam. Maaş almaq üçün sizin minimum 50 balınız olmalıdır. Yəni, siz özünüz bir dövr ərzində şəxsən 50 bal miqdarında sifariş etməlisiniz. Və sizin komandanızla birlikdə isə ballarınızın cəmi 100 balı keçməlidir. Əgər komandanız yoxdursa, 100 balın hamısını siz toplamalısınız. Yox, əgər komandanız varsa, yəni, adınıza yazılışlar olubsa, onlarla birlikdə topladığınız balın cəmi 100 balı keçməlidir. Və yenə qeyd edirəm ki, bu halda bu 100 balın 50-si mütləq sizin olmalıdır. Komandanız ilə birlikdə topladığınız bala uyğun olaraq nə qədər maaş qazana biləcəyinizi yuxarıdakı cədvəldən öyrənə bilərsiniz.
Salam faberlicde toplanan balları misal üçün 30 bal,50 bal və s bunları hədiyyəyə çevirmək olar?
Salam. İlk növbədə qeyd edim ki, ballar hər yeni kataloq dövrü başlayanda sıfırlanır. Yəni, bir kataloq dövrü ərzində toplanılan ballar növbəti kataloqa keçmir. Ancaq kataloq dövrü ərzində tək özünüzün topladığınız balların cəmi 50 balı keçərsə, növbəti kataloqda məhsulları 20% yox, 26% endirimlə almaq imkanı qazanırsınız. Yenə də minimum 30 manatlıq olmaqla.
Üstəlik, topladığınız balların maaş şəklində sizə qayırması üçün minimum 100 ballıq sifariş etməlisiniz. Onun 50 balını sizin özünüzün etməyiniz vacib şərtdir. Qalanını isə sizin dəvət etdiyiniz digər alıcı da toplamış ola bilər. Yəni, siz öz strukturunuzdakı alıcı ilə birlikdə 100 baldan artıq sifariş etmisinizsə, onda həmin bala uyğun olaraq sizə maaş hesablanır və şəxsi hesabınıza yüklənir ki, növbəti kataloq dövründə ondan istifadə edə bilərsiniz. Komandanız (strukturunuz) genişləndikcə (sifarişləriniz çoxaldıqca), maaşınız da çoxalır. Maaşınız artdığı zaman firma ilə yazılı müqavilə bağlayaraq, vergidə də qeydiyyatdan keçərək maaş kimi pulunuzu kartınıza köçürüb götürə bilərsiniz.
Salam mən 15% vitse direktor şəxsi bal 50 grup hücum 700 baldan 1500 bala gedərdi mən faizə uyğun tam maaş ala bilərəm yoxsa yarı
Salam. Əgər qrupunuzla birlikdə 1500 balı keçirsinizsə, vitse-direktor statusu qazanırsınız və maaşınız 15%-lə hesablanır. Yox əgər 1500 balı tamam edə bilmirsinizsə, onda baş-lider statusu ilə 12% hesablanır. Bu da 158 manatdan çox edir. 230 manatadək ola bilər. Əgər strukturunuzda sizdən başqa da maaş alan olarsa, onda qeyd olunan məbləğdən o da öz faiz dərəcəsinə görə öz payını götürəcək. Yəni, balların toplanmasında bütün qrup üzvləri iştirak etdiyinə görə maaşa çıxan hər kəs (özü də şəxsən 50 bal edibssə) öz faizinə görə maaş payını alır. Cədvəldə göstərilən maaş qrupun ümumi maaşıdır. Əgər qrupda sizdən başqa maaşa çıxan yoxdursa və ya maaş almaq üçün şəxsi 50 ballarını edən yoxdursa, maaşın hamısını siz alırsınız.
salam men faberlicde islemek isleyirem tek isleyecem sifaris vermekle faiz bal toplaya bilərəm tek
Salam. Faberlicdə tək də işləyə bilərsiniz. 20% endirimlə ala bilmək üçün hər sifarişinizin minimum 30 manat olması lazımdır. 26% endirimlə ala bilmək üçün isə, bir kataloq dövrü ərzində 50 ballıq sifariş etməyiniz lazımdır. Bu da təxminən 90-120 manat arası edir. Qeydiyyatdan keçdikdən sonra hər növbəti kataloq ərzində addım hədiyyələri əldə etmək şansınız olur. Amma əlavə olaraq da maaş ala bilməyiniz üçün isə gərək komanda qurasınız özünüzə. Adınıza yazılışıların olması (komandanızın yaranması) üçün sizə kömək edə bilərik. Bunun üçün qeydiyyatdan keçərkən bizim linkdən istifadə etməyiniz lazımdır ki, bizim komandaya düşəsiniz. Qeydiyyat linki: Faberlicdə QEYDİYYAT. Həmçinin, saytın əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz. Eləcə də rəy yerində öz əlaqə vasitənizi qeyd edə bilərsiniz. Əgər qeyd etdiyiniz elektron poçtu istifadə edirsinizsə, sizə ordan da yaza bilərik.
Salam bizə qoşulsanız kamandanızı mən ygaram ?
Salam. Men qeydiyyatdan kecmisem, tek calisiram( qrupsuz)ve 2 defe sifaris etmekle 100,90 bal toplamisam, bu balla men ne ede bilerem, ve ya gelecek sifarislerimde ne kimi ustunlukler elde edirem.? Be ya maas kimi onlin hardan qeydiyyatdan kecmeliyem. ?
Salam. Sizinlə əlaqə saxlaya bilməyimiz üçün zəhmət olmasa, bura müraciət edin: faberlic-whatsap. Qeyd edək ki, siz 100 bal və yuxarı sifarişləriniz zamanı şəxshi hesaba (Faberlicdəki) pul yüklənir ki, növbəti sifarişlərinizin ödənişində ondan istifadə olunur. Əgər komanda yığa bilsəniz, komanda ilə birlikdə daha çox bal toplasanız, hesabınıza daha çox pul yığıla bilər ki, bu pulu nağdlaşdıra bilmək üçün firmaya müraciət edərək, pulu kartınıza da köçürə bilərsiniz. Komanda yığa bilmək üçün sizə firmanın məhsullarını yaxşı təbliğ edə bilmək üçün fəaliyyət göstərməyiniz lazımdır. Həmçinin, komanda toplaya bilməyiniz üçün, eləcə də firmanın qaydalarını öyrənə bilməyiniz üçün sizə kömək edə bilərik. Bunun üçün qeyd etdiyimiz nömrəyə yazmağınız lazımdır ki, sizinlə əlaqə saxlaya bilək.
Salam mən 150azn mal vurmuşam Burda nə qədər qazancım olacaq? Tək işləyirəm və evim üçün alıram. Kamanda yığmaq istəmirəm.
Salam. Xeyirli olsun. Faberlicdə maaş hesablanarkən sifarişin qiyməti valyuta ilə yox, bal ilə hesablanır. 150 manatlıq sifariş 50 baldan bir az çox edir. 50 ballıq sifariş etməklə (hər kataloq dövründə) siz növbəti kataloq üçün 26% endirim imkanı qazanırsınız. Maaş ala bilmək üçün isə şərt belədir ki, özünüz azı 50 ballıq sifariş edəsiniz, komandanızla birlikdə isə azı 100 ballıq sifariş edəsiniz. 100 ballıq sifarişə görə təxminən 4 manat Faberlic hesabınıza köçəcək. Əgər komanda istəməsəniz, onda gərək 100 balın hamısını özünüz edəsiniz ki, bu da tək işləyənə sərf etmir. Çünki, 4 manata görə 100 ballıq sifariş etmək yersizdir. Amma komanda olsa, hərəsi 25-30 bal toplasa, bu balların cəminə görə sizə bir az maaş köçər. Heç olmasa, 1000-2000 bal olsun ki, gözə görünsün. Əgər komanda yığmaq sizə çətin gəlirsə, bizim peşəkar komandamız, direktorlarımız sizə bu işdə köməklik edə bilərlər. Komandamızın təcrübəli xanım məsləhətçiləri ilə danışsaz, bu işin heç də çətin olmadığına əmin olarsız. Hətta həvəslənərsiz də. Bu devizi bilirsiz də: Biz birlikdə güclüyük. Əgər istəsəz, bizim əlaqə vasitələrimizə də yaza bilərsiz, həmçinin, direktor Gülşən xanıma da yaza bilərsiz. Bir kəlmə yazsaz, özü sizinlə danışar. Nömrəsi: +994556217877 whatsapp üçün YIĞ