Salam, əziz ziləyicilər. Əvvəlcə qeyd etmək istəyirəm ki, Faberlicdə qeydiyyatdan keçmək pulsuzdur. Bu saytda qeydiyyatdan keçməyin bir neçə üsulu var. Onlardan biri odur ki, siz Faberlicin qeydiyyat səhifəsinə daxil olursunuz və özünüz haqda olan məlumatları qeyd edərək onlayn qeydiyyatdan keçirsiniz. Digər bir üsul isə artıq sizdən əvvəl qeydiyyatdan keçmiş Faberlic istifadəçilərinə müraciət edirsiniz, onlar sizi qeydiyyatdan keçirirlər.
İndi isə ayrı-ayrılıqda bu üsullara nəzər salaq.
Onlayn qeydiyyatdan keçmək.
Siz özünüz Faberlicin rəsmi saytına keçid edirsiniz və ordan qeydiyyat səhifəsini açırsınız. Sizin üçün həmin səhifəni birbaşa təqdim edirik: FABERLİC QEYDİYYAT.
Bu linkin üzərində vursanız, birbaşa olaraq Faberlicin qeydiyyat səhifəsinə keçəcəksiniz. Həmin səhifədə doldurmalı olacağınız damalarda özünüz haqda məlumatları düzgün şəkildə qeyd etməlisiniz.
Diqqət! Özünüz haqda məlumatları qeyd edərkən düzgün şəkildə yazın ki, gələcəkdə firma tərəfindən maaş aldıqda, sənədləşmədə problem yaranmasın. İşi kim aparacaqsa, yəni, alışverişi kim edəcəksə qeydiyyat da onun adına olmalıdır. Aşağıda mobil telefon və kompüter vasitəsi ilə qeydiyyat zamanı qarşılaşacağımız görüntüləri təqdim edirik.
Mobil telefondan Faberlicdə qeydiyyat:



Yuxarıdakı şəkildən də göründüyü kimi, sizə qeydiyyat zamanı bu məlumatları yazmağınız lazımdır:
►Soyadınız
►Adınız
►Atanızın adı
►Elektron poçtunuz
►Mobil telefon nömrəniz
►Yaşadığınız ünvan
►Təvəllüdünüz (tam)
►Cinsiniz
►Əgər varsa, sizin tanıdığınız (sizə köməklik edən) istifadəçinin telefon nömrəsi və ya kodu
Bu məlumatları qeyd etdikdən sonra TƏSDİQLƏMƏK sözünü vurmaq lazımdır. Mobil telefonun sizin istifadənizdə olduğunu təsdiqləməyiniz üçün telefonunuza göndərilən SMS təsdiq kodunu saytda açılan damada yazmaq lazımdır. Bunu sonra da edə bilərsiniz.
Kompterdən istifadə zamanı da eyni məlumatları yazmalısınız.

Diqqət! Qeydiyyat zamanı mobil telefonunuzu yazdıqda +994 rəqəmlərindən sonra operator kodunun əvvəlindəki 0 rəqəmini yazmayın. Nümunə:
+994 50 1234567 – düzgündür
+994 050 1234567 – düzgün deyil.
Faberlicdə qeydiyyatın ikinci – oflayn üsulu:
Əgər siz özünüz sərbəst olaraq Faberlicdə qeydiyyatdan keçməkdə çətinlik çəkirsinizsə, onda sizin tanıdığınız faberlic istifadəçisinə müraciət edə bilərsiniz. Faberlic istifadəçisi artıq çoxdan qeydiyyatdan keçmiş və alışveriş qaydalarını yaxşı bilən bir adam olmalıdır ki, sizə hər zaman köməklik edə bilsin. Bu işi o, sizə qarşı təmənnasız olaraq etməlidir. Çünki, firma buna görə həmin istifadəçiyə maaş verməyə hazırdır.
Sizi təmənnasız olaraq qeydiyyatdan keçirməyə və mütəmadi olaraq təlimatlandırmağa, bu firmada özünüzə karyera quraraq maaş almağa və yüksək səviyyəyə çatmağınıza köməklik etməyə hazırıq. Əgər qeydiyyatdan keçmək istəyirsinizsə, bizimlə əlaqə bölməsindən sizə asan olan əlaqə vasitələrindən biri ilə müraciət edə bilərsiniz.
Əgər yaxınlıqda Faberlic ofisi tanıyırsınızsa, ora da müraciət edə bilərsiniz qeydiyyat üçün.
Faberlicdə qeydiyyatdan keçməklə hansı hədiyyələri qazana bilərsiniz? Bu haqda Faberlicə xoş gəlmisiniz məqaləmizdən tanış ola bilərsiniz.
Nə sualınız olsa, əlaqə vasitələrimiz ilə bizə müraciət edə bilərsiniz. Uğurlar!



Qeydiyyatdan keçə bilmədim