Siz Faberlic hesabını E-manat ödəmə terminalları, emanat.az saytı və ya E-manat mobil tətbiqi vasitəsilə artıara bilərsiniz. Ödəmə terminalları bir çix ticarət mərkəzləri, mağaza, kinoteatrlar və metro stansiyalarında quraşdırılıblar. Sifarişin artırılması zamanı hesaba quyulan məbləğin 0,5%-i miqdarında komissiya haqqı tutulur. Mobil tətbiqi isə Playmarket və ya Playstore serverlərindən yükləyə bilərsiniz.

Ödəmə terminalında uğurlu əməliyyatdan sonra terminal ödənişlə bağlı qəbz çap edəcək. Bu qəbzdə əks olunacaq:
- ödəyicinin hesab nömrəsi,
- ödənişin məbləğl,
- tranzaksiyanın №-si.
Ödəniş barədə qəbzi saxlayın. Əgər pul hesaba oturmazsa, siz hər zaman qəbzdə göstərilən telefon nömrəsi vasitəsilə operorla əlaqə saxlayıb, öz məlumatlarınızı bildirib problemi həll edə bilərsiniz.
Mobil tətbiq üzərindən və ya veb sayt vasitəsi ilə ödəniş zamanı isə nəğdsiz ödəmədən istifadə olunur. Siz Faberlic hesabınıza pulu E-manat şəxsi pul hesabınızdan və ya plastik bank kartı ilə ödəyə bilərsiniz.
Ödəniş
Şəxsi hesabınızda vəsait olduğu halda ödəniş avtomatik olaraq həyata keçirilmir. Hesabinızı artırın və şəxsi kabinetinizdəki ödənməmiş sifarişinizə keçin. Sifarriş hələ təsdiqlənməyibsə, onu təsdiqləyin.
“Ödənişə keç” düyməsini, bundan sonra açılmış pəncərədə isə “Ödə” düyməsini sıxın.

