Salam, əziz izləyicilər. Təsərrüfata – əkinçiliyə olan həvəsimdən bir nümunəni təqdim edirəm sizə. 2014-cü ildə yetişdirdiyim balqabaq növü. Şəkillərdən də görürsünüz ki, bu balqabaqlar adət etdiyimiz növlərdən forma və ölçüsünə görə fərqlənir. Bu balqabaq toxumunu sifarişlə xarici saytların birindən almışdım. Bir neçə il qabaq da laraq, becərməyə cəhd etdim, amma məhsul əldə edə bilmədim. Nəhayət […]
Author: Mahammad
Naməlum uçan obyekt, yoxsa…
Salam, dostlar. Mütəmadi olaraq, mətbuatda naməlum uçan obyektlər (NUO) barədə məlumat verilir. Bu yazımızda isə biz sizə məlum uçan obyeklərdən biri barədə məlumat veririk. Yəqin ki, bayram və şad günlərdə havaya uçurulan şarları görmüsünüz. Söhbət həmin yanar şarlardan gedir. Təqdim etdiyimiz videoda bu hava şarının yandırılmasını və uçuşunu seyr edə bilərsiniz: Bu videoda istifadə olunmuş […]
Aysberq – ağ badımcan
Salam, əziz izləyicilər. Bu videoda sizə Aysberq badımcanı haqda məlumat veririk. Aysberq badımcan ağ rəngdə olan badımcanlardandır. Bu badımcanın rənginin ağ olması o demək deyil ki, bu badımcan GMO məhsuldur. Xeyr, bu badımcan tam təbii bir növdür. GMO badımcan deyildir. Heç hibrid də deyil. Təbii badımcan növü. Daha ətraflı aşağıdakı videolardan baxa bilərsiniz: Ogorod.ua saytından […]
Ramazan hilalının görünməsi – 16 may 2018/1439
Salam, dostlar. Şükürlər olsun Uca Allaha ki, 2018-ci ilin Ramazan ayını da qarşıladıq. Yəni, hicri tarixi ilə 1439-cu ilin Ramazan ayını. Hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verir. Təəssüflər olsun ki, bəzilərimiz bu fətvanı qoyub başqa ölkələrdən cavab, əmr gözləyirik. Çəkdiyimiz bu video da bir daha sübut edir […]
Maliyyə və pul əməliyyatları
Müasir dövrdə insanların bir-birilərinə pul ödəmələri nağd və nağdsız şəkildə aparılır. Nağdsız şəkildə həyata keçirilən pul ödəmələrinin üstünlüyü odur ki, insanlar qısa (ani) vaxt içərisində dünyanın istənilən yerinə, istənilən şəxsə pul köçürə bilərlər. Bunun üçün istifadə olunan bank hesablarına, plastik kartlara digər onlayn ödəmə saytlarına müraciətlərin sayı günü-gündən artmaqdadır. Mən də zamanla ayaqlaşmağa çalışaraq, bank […]
Çiyənas (çiyələk + ananas) – Paynberri çiyələyi (pineberry)
Çiyənas – çiyələk və ananas sözlərinin birləşməsindən yaranan yeni bir sözdür. Adından da göründüyü kimi, bu giləmeyvə özündə həm çiyələyin, həm də ananasın xüsusiyyətlərindən cəm edib. Daha dəqiq təsvir etsək, bu, ananas rəngdə olan və onun dadını xatırladan çiyələkdir. Əcnəbi dildə isə bu çiyələk – pineberry adlanır. Paynberri kimi tələffüz olunur. Pineapple (ananas) və berry […]
OSTARA çiyələyi – İl boyu məhsul verən çiyələk (FOTO/VİDEO)
Ostara çiyələyi – remontant sortdur. Yəni vegetasiya dövrü boyu məhsul verir. Yazda havalar istiləşəndən payızın sonlarında havalar soyuyanadək onun çiyələyindən dadmaq olur. Əgər onu dibçəyə əkib evdə saxlasanız hətta qışda da təravətli giləmeyvələri ilə sizi sevindirəcəkdir.
İlbiz üsulu ilə əkin – şitil yetişdirməyin ən asan yolu (VİDEO)
Salam, dostlar. Yazın gəlişi ilə əlaqədar çoxumuz əkinçiliyə başlamışıq. Əkinçiliyin əsas hissəsi də toxumun cücərdilməsidir. Mən də toxumcücərtmə – şitil yetişdirmə işləri ilə məşğulam.Şitil yetişdirmənin yeni üsulu – ilbiz üsulu artıq bir çox əkinçilər tərəfindən tətbiq olunmaqdadır. Mən də bu üsuldan istifadə etməkdəyəm. Və bu üsulu sizlərə də təqdim etmək qərarına gəldim:
Əkinqabağı toxum tədarükü – Ukraynadan (Ogorod.ua) sifariş (VİDEO)
Salam, dostlar. Yaz fəsli gəldiyinə görə çoxları kimi mən də əkinçiliklə məşğul oluram. Əkinə başlamaq üçün isə ilk növbədə toxumu əldə etmək lazımdır. Biz də bu ilki toxum tədarükümüzü Ukraynadan, daha dəqiq Ogorod.ua saytından etməyə çalışdıq. Ogorod.ua saytından alışveriş etməyiniz üçün sizə 5% dəyərində endirim kodu (kupon) təqdim edirik. Sifariş etdiyiniz malın pulunu ödəyərkən bu […]
Fars dilinin onlayn tədrisi – İsmayıl Əhmədin təqdimatında
Salam, dostlar. Dil bilmək gözəldir. Hər yeni dil öyrənməklə, bu dilin mənsub olduğu xalqın mədəniyyəti, tarixi ilə tanış olmaq imkanı əldə edirsiniz. Azərbaycan dilinə, mədəniyyətinə təsir etmiş dillərdən biri də Fars dilidir. Özümüz də fərqinə varmadan hər gün bu dildən bizim dilə keçmiş sözləri işlətməkdəyik. Dahi Nizamimiz, Şəhriyarımız və bir çox şair və yazıçılaramız da […]








