Salam, dostlar. Yazın gəlişi ilə əlaqədar çoxumuz əkinçiliyə başlamışıq. Əkinçiliyin əsas hissəsi də toxumun cücərdilməsidir. Mən də toxumcücərtmə – şitil yetişdirmə işləri ilə məşğulam.
Şitil yetişdirmənin yeni üsulu – ilbiz üsulu artıq bir çox əkinçilər tərəfindən tətbiq olunmaqdadır. Mən də bu üsuldan istifadə etməkdəyəm. Və bu üsulu sizlərə də təqdim etmək qərarına gəldim:
Mən bu üsulla bir çox bitkilərin toxumlarını yetişdirirəm. Videoda sizə qarğıdalı və yaşıl noxud toxumlarını təqdim etmişəm. Bu üsulla qeyd etdiyim toxumlar kimi iri, eləcə də xırda toxumları çox asanlıqla şitil halına gətirmək olur.
Təsərrüfatla bağlı bu cür təcrübələrimizi izləyə bilməniz üçün saytımızı ziyarət etməyi unutmayın.




Salam. Mən dəfələrlə http://www.aqronom.com saytına girməyə çalışmışam. Lakin, əfsus ki, başqa səhifə açılır. Zəhmət olmasa, bir aydınlıq gətirərdiniz.
Salam. Aqronom.com saytı Allahın köməkliyi ilə hazırlanıb sizin ixtiyarınıza veriləcək. Bir az vaxt qıtlığına görə şablon versiyası qalmaqdadır.