Çiyənas – çiyələk və ananas sözlərinin birləşməsindən yaranan yeni bir sözdür. Adından da göründüyü kimi, bu giləmeyvə özündə həm çiyələyin, həm də ananasın xüsusiyyətlərindən cəm edib. Daha dəqiq təsvir etsək, bu, ananas rəngdə olan və onun dadını xatırladan çiyələkdir. Əcnəbi dildə isə bu çiyələk – pineberry adlanır. Paynberri kimi tələffüz olunur. Pineapple (ananas) və berry […]
Təsərrüfat
Təsərrüfatım
OSTARA çiyələyi – İl boyu məhsul verən çiyələk (FOTO/VİDEO)
Ostara çiyələyi – remontant sortdur. Yəni vegetasiya dövrü boyu məhsul verir. Yazda havalar istiləşəndən payızın sonlarında havalar soyuyanadək onun çiyələyindən dadmaq olur. Əgər onu dibçəyə əkib evdə saxlasanız hətta qışda da təravətli giləmeyvələri ilə sizi sevindirəcəkdir.
İlbiz üsulu ilə əkin – şitil yetişdirməyin ən asan yolu (VİDEO)
Salam, dostlar. Yazın gəlişi ilə əlaqədar çoxumuz əkinçiliyə başlamışıq. Əkinçiliyin əsas hissəsi də toxumun cücərdilməsidir. Mən də toxumcücərtmə – şitil yetişdirmə işləri ilə məşğulam.Şitil yetişdirmənin yeni üsulu – ilbiz üsulu artıq bir çox əkinçilər tərəfindən tətbiq olunmaqdadır. Mən də bu üsuldan istifadə etməkdəyəm. Və bu üsulu sizlərə də təqdim etmək qərarına gəldim:
Əkinqabağı toxum tədarükü – Ukraynadan (Ogorod.ua) sifariş (VİDEO)
Salam, dostlar. Yaz fəsli gəldiyinə görə çoxları kimi mən də əkinçiliklə məşğul oluram. Əkinə başlamaq üçün isə ilk növbədə toxumu əldə etmək lazımdır. Biz də bu ilki toxum tədarükümüzü Ukraynadan, daha dəqiq Ogorod.ua saytından etməyə çalışdıq. Ogorod.ua saytından alışveriş etməyiniz üçün sizə 5% dəyərində endirim kodu (kupon) təqdim edirik. Sifariş etdiyiniz malın pulunu ödəyərkən bu […]
Plastik borudan – PARNİK
Salam, dostlar. Artıq yaz yaxınlaşır. Belə bir deyim var: təsərrüfat adamları üçün yaz qışın ortasından başlayır. Odur ki, kənddə yaşayan zəhmətkeş insanlar artıq əkin üçün tədarük görməkdədirlər. Biz də bu yazımızda sizə sadə üsulla parnik hazırlamağın yolunu göstəririk. Bir qədər xərc tələb etsə də, sonradan işinizi asanlaşdırmaqla sizə çox kömək olacaqdır. İstifadə etdiyimiz materiallar: ►Plastik […]
Mənim ötən ilki çiyələklərim – dibçəkdə (VİDEO)
Ostara çiyələyi Salam, dostlar. Həvəs göstərdiyim sahələrdən biri də əkinçilik və bağçılıqdır. Artıq neçə ildir ki, bu sahədə biliklərimi və təcrübələrimi artırmaqla məşğulam. Kənardan baxan ola bilər ki, məni bu sahədə təcrübəli, peşəkar hesab eləsin, amma mən hələ də özümü şagird hiss edirəm. Əkinçilikdə və bağçılıqda uğurlarımla yanaşı uğursuzluqlarım da olur. İndi sizə çiyələklərimi təqdim […]




