Təsərrüfat

Əkinqabağı toxum tədarükü – Ukraynadan (Ogorod.ua) sifariş (VİDEO)

Salam, dostlar. Yaz fəsli gəldiyinə görə çoxları kimi mən də əkinçiliklə məşğul oluram. Əkinə başlamaq üçün isə ilk növbədə toxumu əldə etmək lazımdır. Biz də bu ilki toxum tədarükümüzü Ukraynadan, daha dəqiq Ogorod.ua saytından etməyə çalışdıq.

Ogorod.ua saytından alışveriş etməyiniz üçün sizə 5% dəyərində endirim kodu (kupon) təqdim edirik. Sifariş etdiyiniz malın pulunu ödəyərkən bu kodu yazdıqda, 5% az pul ödəyəcəksiniz.

Aldığım toxumları, gübrə və hədiyyələri sizə də təqdim edirəm:

Bəli, biz bu saytdan aldığımız toxumları əkdik. Onların cücərmə səviyyəsi müxtəlif oldu. Elə də olmalıdır. Çünki tərəvəz, ağac və gül toxumlarının cücərmə müddətləri və qabiliyyətləri müxtəlifdir. Yəni, bəzi toxumlar vardır ki, onlar öz cücərmə qabiliyyətlərini tez itirirlər. Bəziləri isə uzun müddətdən sonra, hətta 10-15 ildən sonra da cücərə bilirlər. Bizim toxumlar da müxtəlif növlərə aid olduğundan, cücərmə nəticələri də fərqli olmuşdur.

Söz verdiyimiz kimi onların cücərdikdən sonrakı vəziyyətlərini, yəni, şitil halındakı görüntülərini sizə təqdim edirik. Qeyd edim ki, bəzi toxumları gec əkdiyimiz üçün videoda yoxdurlar.

Uca Allahın icazəsi ilə şitillərin daha sonrakı vəziyyəti ilə bağlı növbəti videonu da sizə təqdim edərik. Sizin üçün də maraqlıdırsa, bizi izləməyi unutmayın.

Budur, artıq Aysberq – ağ badımcan şitilləri məhsul verir. Bu badımcanın xüsusiyyətləri ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

4960 dəfə cəmi, 9 dəfə bu gün baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir